Türkiyədə ağır yol qəzası baş verib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ölkənin Suriya ilə sərhəddəki Hatay vilayətində, Altungözü qəsəbəsində qeydə alınıb.

Belə ki, suriyalı köçkünləri daşıyan mikroavtobusun sürücüsü jandarmların "Saxla!" əmrinə məhəl qoymayaraq, sürəti artırmaqla nəqliyyat vasitəsini idarə edib. Lakin avtobus qarşıdan gələn yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində 10 köçkün hadisə yerində ölüb. Habelə, mikroavtobusun sürücüsü də daxil olmaqla, 7 nəfər ağır xəsarət alıb.