Qazaxıstanda sərnişin avtobusu aşıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər həlak olub, 10 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumata əsasən, xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Qəza ilə bağlı araşdırma aparılır.