Yəmənin keçmiş prezidenti Əli Abdulla Saleh öldürülüb.
 
Unikal.org xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə husilərə aid "Al-Masirah" kanalı məlumat yayıb.
 
Xəbər Səna şəhərində huslərin nəzarətində olan Daxili İşlər Nazirliyi tərəfindən açıqlanıb.
 
Məlumatı Əli Abdulla Salehnin lideri olduğu partiyadan təsdiqləyiblər.
 
Sosial şəbəkələrdə Ə. A. Salehin meyitinin fotoları da yayılıb.