Bakı-Qazax magistral avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, Şəmkir rayonunun Könüllü kəndi ərazisindən keçən hissəsində "Mercedes markalı minik avtomobili şəkər çuğunduru ilə yüklü olan "Shacman markalı yük avtomobili ilə toqquşub.
Nəticədə iki nəfərin xəsarət alıb. Onlar Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.