Beata Şidlonun rəhbərlik etdiyi Polşa hökuməti rəsmi şəkildə istefaya gedib.

Unikal.org-un məlumatına görə, mərasim paytaxt Varşavada prezident sarayında baş tutub.

Ölkə prezidenti Anjey Duda baş nazirə yeni kabinet formalaşana qədər hökumətə rəhbərlik etməyi tapşırıb.

Yeni kabinetə hazırki maliyyə və inkişaf naziri Mateuş Moravetski başçılıq edəcək.