Facebook CEO-su Mark Zuckerberg öz kiçik qızları ilə vaxt keçirmək üçün bir aylıq məzuniyyətə çıxdığını açıqlayıb.

Unikal.org xeberler.az-a istinadən bildirir ki, Zuckerberg Facebook və Instagram profilləri üzərindən paylaşdığı məlumatda qeyd edib:

"Bu müddətdə haqımda daha az eşidəcəksiniz. Geri döndüyümdə ofisin hələ də orada olacağına əminəm".

Qeyd edək ki, onun August və Max adında iki qızı var.