"Real"ın ulduz oyunçusu Ronaldo da vergidən yayınmaya görə cərimə oluna bilər. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, o bununla bağlı iş üzrə ən azı 30 milyon avro cərimə oluna bilər.

Uıduz futbolçu 2011-2014-cü illər aralığında 14,8 mln. avro məbləğində vergini ödəməkdən yayınmaqda ittiham olunur.

Məhkəmənin iş üzrə iclası dekabrın 22-də keçiriləcək. AS nəşrinin məlumatına görə, portuqaliyalı futbolçu işi uduzacağı təqdirdə cərimə və üzərinə gələn faizlə birgə 30 mln. avro ödəməli olacaq.