Rusiya prezidenti Vladimir Putin Rusiya hərbi qüvvələrinin Suriyadan çıxarılmasına başlanması barədə əmr verib.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki,  bu barədə bu gün Suriyaya səfər edən V. Putin Hmeymim hərbi bazasında hərbçilər qarşısında çıxışında bəyan edib.

"Müdafiə nazirinə, Baş Qərargah rəisinə Rusiya qoşun qruplaşmalarının çıxarılmasına başlanmasını və daimi dislokasiya məntəqəsinə göndərilməsini əmr edirəm", - deyə Vladimir Putin çıxışında bildirib.