Bərdə rayonunda kişi meyiti tapılıb.

Unikal.org report-a istinadən xəbər verir ki, meyit rayonun Lək kəndi ərazisində, Qarabağ su kanalının ətrafından aşkarlanıb. Meytin Bərdə rayon sakini, 1964- cü-il təvəllüdlü Əhmədov Fəxrədin Ərşad oğlu olduğu müəyyənləşib. 

Üzərində heç bir zorakılıq əlaməti olmayan meyiti ərazidə yaşayan yerli sakinlər tapıb.

İlkin məlumta görə, o,sərxoş halda su kanalına düşərək boğulub.