SON XƏBƏRLƏR
21 Iyul 2018
20 Iyul 2018
Yolu duman bürüdü - maşınlar hərəkət edə BİLMƏDİ - FOTO
HADİSƏ 23:12 / 12.12.2017

Biləsuvar rayonunda dumanlı hava şəraiti avtomobillərin hərəkətində qismən problemlər yaradıb.

Unikal.org-un report-a istinadən məlumatına görə, bu gün axşam saatlarından başlayaraq rayon ərazisində duman müşahidə olunur.

Nəticədə rayon ərazisində və eyni zamanda Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində avtomobillərin hərəkətində çətinlik yaranıb.

Həmçinin dumanlı hava rayonun bir neçə kənd yollarında da avtomobillərin hərəkətinə mane olur.

Sözügedən ərazilərdə bu dəqiqəyə hər hansı yol-nəqliyyat hadisəsi qeydə alınmayıb.