Məşhur türk fotoqraf Mert Alasla birgə layihəyə imza atan rusiyalı model İrina Şeyk İnstaqramda videosunu paylaşıb.

Unikal.org-un xarici KİV-ə istinadən məlumatına görə, bir kitabın reklamı üçün kameralar qarşısına keçən və yataqda poz verən İrina həmin görüntüdə çılpaqdır. Qeyd edək ki, Mertle İrina bir-birləri ilə çoxdan əməkdaşlıq edir. Onlar 2016-cı ildə "Givenchy fransız moda evinin payız-qış kolleksiyasının çəkilişləri zamanı tanış olublar. Əməkdaşlıqla yanaşı, Mertlə İrina, eyni zamanda iki yaxın dostdur. Xatırladaq ki, İrina aktyor Bredli Kuperlə sevgilidir.
Cütlüyün bu ilin aprelində Lei adlı bir qızı dünyaya gəlib.(axsam.az)