Başqırdıstanın paytaxtı Ufada orta məktəblərin birindi maraqlı hadisə baş verib.

Unikal.org olke.az-a istinadənxəbər verir ki, dərs zamanı 17 yaşlı məktəbli qız müəlliminə eşq elan edib. Bu hadisə onun digər sinif yoldaşları tərəfindən telefonla çəkilib və "YouTube video portalına qoyulub.

Videodan da göründüyü kimi qız dərs zamanı 25 yaşlı "Riyaziyyat fənnindən dərs deyən müəllimə eşqini elan edir.

"Çoxdandır bunu sizə demək istəyirdim. Lakin bu gün səbrik daşdı. İstəyirəm biləsiz ki, siz mənim xoşuma gəlirsiz. İstərdim soruşum ki, bizim münasibətlərimiz alına bilərmi?, - deyə qız müəllimə bildirib.