Dekabrın 23-ü itkin düşən gənc alpinistlərin axtarışları hələ də davam etdirilir.

Unikal.org xəbər verir ki, "Gilavar" hava və ekstrim idman klubunun üzvü olan 3 alpinist - Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxıb, ancaq geri qayıtmayıb.

Alpinistlərdən Namin Bünyatova aid yeni görüntülər ortaya çıxıb. 4 ay bundan öncə çəkilən görüntüdə Namin Qırğızıstanda 7134 metr hündürlüyündə olan Lenin Zirvəsində görünüb. Həmin kadrları sizə təqdim edirik: