SON XƏBƏRLƏR
22 Yanvar 2018
Bakıda özünü qatarın altına atan yaşlı kişinin görüntüsü - VİDEO
VİDEO 10:18 / 12.01.2018
Xəbər verdiyimiz kimi, Bakı metrosunda intihara cəhd olub.

Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu gün səhər saat 09:18-radələrində metronun "Qara Qarayev” stansiyasında təxminən 60-70 yaşlarında olan kişi özünü qatarın altına atmağa cəhd edib. Qatar kişini vuraraq platformaya atıb. Hadisə yerinə Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının həkimləri çağrılıb və o, ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

Unikal.org intihara cəhd edən kişinin görüntülərini əldə edib.

Həmin görüntüləri sizlərə təqdim edirik: