SON XƏBƏRLƏR
20 Iyul 2018
Ötən il uşaqlara ən çox bu adlar verilib
CƏMİYYƏT 16:21 / 12.01.2018
2017-ci il ərzində Azərbaycanda yeni doğulan uşaqlara qoyulan oğlan adları arasında üstünlük Yusifə, qız adları sırasında isə üstünlük Zəhraya məxsus olub.

Unikal.org xəbər verir ki, Ədliyyə Nazirliyindən modern.az saytına verilən məlumata görə, 2017-ci ildə yeni doğulmuş 2936 oğlan uşağına Yusif adı verilib.

Ötən il yeni doğulmuş 2775 qız uşağına isə Zəhra adı qoyulub.

2017-də daha çox qoyulan oğlan adları arasında Yusifdən sonrakı yerlərdə , Hüseyn, Əli, Ömər, Məhəmməd gəlir.

Qız uşaqlarına verilən ən populyar adlar sırasında Zəhranın ardınca Nuray, Fatimə, Zeynəb, Aylin, və Məryəm gəlir.

Qeyd edək ki, Yusif və Zəhra adları son beş ildə Azərbaycanda ən çox qoyulan adlar siyahısında birinci yeri tuturlar.