Bakıda oğurluqla məşğul olan qardaşlar tutulub.

Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 15-də paytaxt sakini olan bir qadının çantasından pul, mobil telefon və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Murad Quliyev və qardaşı Tərlan saxlanılıb.

Araşdırma aparılır.