Bu gün Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İsparta rayonunun Yalvaç qəsəbəsinin Kırkbaş kəndi yaxınlığında baş verib.

İsparta valisi Şehmus Günaydın təyyarədə olan 3 nəfərin həlak olduğunu bildirib.

Qəzanın səbəbləri araşdırılır.