Bu gün Polşanın Krakov şəhərində Azərbaycan və və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Unikal.org xəbər verir ki, Elmar Məmmədyarov və Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcəklər.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri Əndryü Şxofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sonuncu görüşü dekabrın 7-də Avstriya paytaxtı Vyanada keçirilib.