Qazaxıstanda sərnişin avtobusu yanıb.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar üzrə Komitədən məlumat verilib.

 
Bildirilib ki, hadisə bu gün səhər saatlarında Samara-Çimkənd avtomobil yolunda baş verib.

 
"İkarus" markalı avtobusun alışması nəticəsində 52 nəfər yanaraq ölüb. Sərnişinlərdən yalnız 5 nəfəri avtobusdan çıxaraq xilas ola bilib.
 

Avtobusdakıların hamısı Özbəkistan vətəndaşıdır.