Avstraliyanın paytaxtı Viyana şəhərinda yaşayan türk əsilli 44 yaşlı Elvan Koçak uzun müddət 2 qızından xəbər tuta bilməyib. Qızların harada olmasıyla maraqlanan ata axtarışa başlayıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun zamandır xəbər tuta bilmədiyi qızlarını Adnan Oktarın verilişində görən ata vətəninə gələrək qızları üçün mübarizə aparmağa başlayıb. E.Koçak övladlarının "kədicik olmasından narahat olub.

Belə ki, 7 il əvvəl boşandığı həyat yoldaşı Gülpəri.T qızları 19 yaşlı Ş.K. və 17 yaşlı B.K.(17) və oğlu 17 yaşlı M.K ilə birlikdə Türkiyəyə gedib. Həmişə atasıyla əlaqə saxlayan qızlar xeyli zaman onu yada salmayıblar. Avstraliyada yaşayan kişi övladlarının axtarışına başladığı zaman qohumlarından biri "Sənin qızların Adnan Oktarın yanında şou göstərirlər deyib. Bu xəbərdən pərişan olan Elvan Koçak şikayətini belə dilə gətirib:

"Oğlumun və onun əkizi olan qızımın sadəcə 17 yaşı var. Yetkinlik yaşına çatmayan qızımı televiziyaya çıxardaraq şou göstərtdirən Adnan Oktar və digər məsul şəxslərdən şikayətçi olacam.

Qızlarım Viyanada yaxşı təhsil alırdılar, oğlum məktəb birincisi idi. Təhsillərini yarıda buraxıb A.Oktar tərəfindən yeri müəyyən olmayan bir oteldə saxlanıldıqlarını eşitmişəm.

Uşaqlarımdan təkcə qızım Ş. mesajlarıma cavab verir. Amma cavab yazanın da qızım olduğuna inanmıram. Çünki bu mesajlar onun türkcəsi və yazmaq tərzinə uyğun gəlmir. Qızlarımın ağıllarını sanki əllərindən alıblar. Oğlum M-yə də eyni şeyi edəcəklər. Xahiş edirəm yetkinlik yaşına çatmayan uşaqlarımı nə olduğu bilinməyən qrupdan xilas edin.

Bilirilir ki, Qartal Ədliyyəsinə gedərək qızlarının anası Gülpəri K. və Adnan Oktar haqqında cinayət işinin açılmasını istəyən Koçak, Daxili İşlər naziri Süleyman Soylu və Prezident Ərdoğandan kömək istəyib.