Ermənistanın paytaxtı İrəvanda qiymət artmasına qarşı etiraz yürüşləri keçiriləcək.

Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, sabahdan başlayacaq aksiyalarda yüzlərlə sakinin iştirak edəcəyi gözlənilir.

Hakimiyyət əleyhinə etirazların kütləvi hal alacağı, ölkənin bir sıra regionlarını əhatə edəcəyi bildirilir.

Etirazlara səbəb qiymət artımı və əhalinin sosial-iqtisadi durumunun ağır vəziyyətdə olmasıdır.

Ermənistan parlamentinin müxalifəti təmsil edən deputatları xalqa çağırışlar edərək onları cinayətkar Sarkisyan hakimiyyətinə qarşı qiyama səsləyiblər.