Bakıda yaşayış binasında yanğın başlayıb.

Unikal.org apa-ya istinadən məlumatına görə, hadisə "Azneft" meydanı yaxınlığında beşmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Alovun qarşısının alınması üçün tədbirlər görülür.

FHN-dən Unikal.org-a verilən məlumata görə, Bakı şəhərinin Səbail rayonunda dördmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın hadisəsi baş verib. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

***
10:29
Bakıda yaşayış binasında yanğın davam edir.

Hadisə yerində olan müxbiri xəbər verir ki, yanğının söndürülməsi üçün hadisə yerində 10-dan çox yanğınsöndürən maşın işləyir.

Hadisə yerinə təcili tibbi yardım maşını da cəlb olunub.

Külək yanğının qarşısının alınmasına çətinliklər yaradır.

Sakinlər binadan təxliyə olunub.

***
11:33
Bakı şəhərinin Səbail rayonunda dördmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın məhdudlaşdırılıb.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

"Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Bəzi tüstülənmə ocaqlarının söndürülməsi istiqamətində işlər davam etdirilir", - məlumatda bildirilir.