SON XƏBƏRLƏR
25 Fevral 2018
24 Fevral 2018
İlham Əliyevin görüşləri davam edir: bu dəfə azərbaycanlı biznesmenlə... - FOTO
SİYASƏT 21:42 / 22.01.2018

Prezident İlham Əliyev yanvarın 22-də Davosda Rusiyanın "LUKOİL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.

Unikal.org-un məlumatına görə, görüşdə "LUKOİL” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti müzakirə olunub.

Bu şirkətin 20 ildən çoxdur ki, ölkəmizə sərmayələr qoyduğu qeyd edilib. "LUKOİL”-SOCAR əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib və gələcək əməkdaşlığın istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.