SON XƏBƏRLƏR
25 Fevral 2018
24 Fevral 2018
Kənan M.M-dən 18+ şeir: "Mələklər utansın bizə baxmağa"
MƏDƏNİYYƏT-ŞOU 16:50 / 23.01.2018
Rejissor Kənan (M.M.) Mahmudov yeni şeir yazıb.

Unikal.org-un məlumatına görə, rejissor yeni şeirini sosial şəbəkədə paylaşıb.

Həmin şeiri təqdim edirik:

"Yandırsın üzümü qaynar nəfəsin
Qoy dəysin dodağım dodağın üstə
Bilirəm sənində vardır həvəsin
Bədənin titrəyir ayağın üstə

Əlini mənə ver bağla gözləri
İçində arzular coşub daşacaq
Sən unut bildiyin bütün sözləri
Bu gecə sözlər yox səs danışacaq

Sürtülüb divara işığı söndür
Qaranlıq otağda nurlu ayım ol
Öp məni eşqinlə başımı döndür
Mən səndən betərəm sən də tayım ol

Düyməni açanda ilişim qalım
Hirsindən köynəyi cırmaqlayasan
Sənin vücüdunla baş-başa qalım
Sən məni öpərək qucaqlayasan

Unudaq bir anlıq yataq hardadı
Divardan divara dəyək səs edək
Sevgimiz bu gecə dört divardadı
Sevişək bu eşqi müqəddəs edək

Dağılsın saçların gözünü örtsün
Gözünü görməyə telinə dəyim
Cırılan köynəyin dizini örtsün
Mən isə əlimlə belinə dəyim

Ehtiras bu gecə qoy bizi söysün
Mələklər utansın bizə baxmağa
Qonşular səsinə divarı döysün
Heç kim baş qoşmasın iki axmağa

Və birdən telefonun zəngini çaldı
Ekranda yazıldı heyat yoldaşım
Elə bil əzrail canımı aldı
Sən demə evlisən çaş qaldı başım".