21 Noyabr 2018
Gömrük qaydalarını pozan 68 şəxs aşkarlandı
HADİSƏ 15:50 / 24.02.2018
2018-ci ilin yanvar ayında gömrük qaydalarını pozan 68 şəxs aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Unikal.org bildirilib ki, bu ilin yanvar ayında 41 qaçaqmalçılıq faktı qeydə alınıb. Bu faktlardan 12-si narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır.

Həmçinin aşkar edilən inzibati xəta faktlarından 467-si malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin çatdırılmaması, 31 fakt isə gizli keçirməyə aiddir.