24 Oktyabr 2018
23 Oktyabr 2018
Ölümündən 2 il keçir
MƏDƏNİYYƏT-ŞOU 11:20 / 25.02.2018
Xalq artisti İlhamə Quliyevanın ölüm indönümüdür.

Unikal.org-un məlumatına görə, mərhum müğənni 73 yaşında dünyasını dəyişib.

İ.Quliyeva 1943-cü ildə Lənkəran şəhərində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-cı illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-cı ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (Azkonsert) solistidir. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olub.

İ.Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat edib. Səhər saatlarında vəziyyəti qəfildən pisləşən ifaçının evinə Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili gəlsə də, artıq dünyasını dəyişib.