SON XƏBƏRLƏR
18 Iyul 2018
17 Iyul 2018
Azərbaycan bağlanış mərasiminə qatılmadı - Heyət Cənubi Koreyanı tərk etdi
İDMAN 15:37 / 25.02.2018
Bu gün Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycanın bayrağını könüllü daşıyacaq.

Unikal.org xəbər verir ki, bunu "Report” Azərbaycanın şef de-missionu Anar Bağırov deyib.

O bildirib ki, bu gün Bakıya yola düşdükləri üçün Azərbaycan nümayəndə heyəti bağlanış mərasimində iştirak etməyəcək.

Keçid zamanı Azərbaycanla yanaşı, Livan, Lixtenşteyn, Keniya, Sinqapur, Özbəkistan, İran, Hindistan, Makedoniya, Macarıstan və Honkonqun da bayraqlarını könüllülər aparacaqlar.

Buna səbəb Azərbaycan kimi, adları qeyd olunan ölkələrin də nümayəndə heyətlərinin artıq Cənubi Koreyanı tərk etmələridir.

Bağlanış mərasimində Rusiya idmançılarının çıxış etdikləri Beynəlxalq Olimpiya Komitəsinin bayrağını da könüllü tutacaq.

Bağlanış mərasimi Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Açılışda Azərbaycanın bayraqdarı Oyunlarda ölkənin yeganə təmsilçisi olan xizəksürən Patrik Braxner idi. O, çıxış etdiyi slalom yarışında yıxıldığı üçün finiş xəttinə çata bilməyib.