SON XƏBƏRLƏR
26 Sentyabr 2018
25 Sentyabr 2018
Bakıdakı bu obyektlər satıldı
İQTİSADİYYAT 14:03 / 13.03.2018
Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi üçün hərrac keçirilib.

Komitədən unikal.org-a verilən məlumata görə, hərracda paytaxtın Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 13 min manat olsa da ən son təklif 13 min 450 manatadək yüksəlib. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 50 kv.m-ə yaxındır. Bundan başqa eyni ünvanda yerləşən digər əmlakın, 1 mərtəbəli binanın zirzəmisinin bir hissəsinin də hərracı rəqabətli olub. İlkin start qiyməti 2 min 500 manata olan həmin obyektə ən son 2 min 600 manat təklif edilib.

Hərracda 19 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 3-ü kiçik dövlət müəssisəsi, 13-ü qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə keçirilən hərraclarda 1 kiçik dövlət müəssisəsi, 12 istifadəsiz qeyri-yaşayış sahəsi və 3 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi və 1 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri paytaxtın Sabunçu rayonunda, digərləri isə Gəncə və Qəbələ şəhərlərində yerləşir.

Bakı şəhəri üzrə özəlləşən qeyri-yaşayış sahəsindən 5-i Nərimanov, 5-i Nəsimi, 2-si Səbail rayonunda yerləşir. Region üzrə özəlləşən qeyri-yaşayış sahəsi isə Abşeron rayonundadır.

Bununla yanaşı prosesdə müxtəlif markalı nəqliyyat vasitələri də sahibini tapıb. Özəlləşən avtomobillər 2007-ci il istehsalı olan Fiat Albeo və Fiat Doblo, buraxılış tarixi 2006-cı il olan Nissan Maximadır.