Azərbaycan prezidenti İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, Goranboy Rayon Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılması məqsədi ilə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsünün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 22,35 milyon manatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.