Malinin Barselonadakı fəxri konsulluğunda naməlum şəxs bir qadını girov götürüb, hazırda onunla danışıqlar aparılır.

Unikal.org xəbər verir ki, bu barədə Kataloniyanın "Mossos d'Esquadra" hüquq-mühafizə qüvvələrinin "Twitter" səhifəsində məlumat yerləşdirilib.

Bildirilir ki, girov götürülən qadın Malinin fəxri konsulunun həyat yoldaşıdır. Onu girov götürən də Malidəndir və inzibati vəziyyətinin nizama salınmasını tələb edir. Polisin məlumatına görə, kişinin şəxsiyyəti müəyyən edilib və o, silahsızdır.