Azərbaycan vətəndaşı Rusiayda yük vaqonlarına "qənim kəsilib".

Unikal.org-un Rusya mətuatına istinadən verdiyi xəbərə görə, İrkutskda yük vaqonlarında oğurluq edənşəxs saxlanılıb.

Xəbərdə bildirilir ki, Azərbaycan vətəndaşı olan həmin şəxs maddiyyatını təmin etmək üçün bir müddət imiş İrkutsk vilayətinə gəlib-gedirmiş. Ancaq o bu şəhərə fəhləlik etmək üçün gəlirmiş Bu dəfə iş tapa bilmədiyi üçün oğurluğa əl atıb.

Rusiya DİN-nin bölgə üzrə idarəsinin mətbuat xidmətindən verilən məlumata görə, həmin şəxs cinayət yerinə avtomobillə yaxınlaşıb. Qayçı vasitəsi ilə konteynerlərin kilidini açaraq, içəridə olan malları oğurlayıb.

Cinayətkarın bu yolla ümumilikdə yarım milyon rubl dəyərdə mal oğurladığı da deyilir.