Lənkəran rayonunda 50 yaşlı qadın təndirə düşərək yanıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Təngivan kəndində baş verib.

Belə ki, çörək bişirmək üçün təndir qalayan 50 yaşlı kənd sakini Böyükxanım Talıb qızı Əliyevanın yanmış meyiti təndirdə aşkarlanıb.

Hazırda polis və prokurorluğun nümayəndələri hadisə yerindədir.