Futbol üzrə Azərbaycan və Belarus milli komandaları arasında yoldaşlıq oyunu başlayıb.
Unikal.org
xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matçın baş hakimi latviyalı Andris Treymanisdir. Ona həmyerliləri Haralds Qudermanis və Alekseys Spasyonnikovs kömək edirlər. Matçın dördüncü hakimi isə FIFA referisi Əliyar Ağayevdir.

Qeyd edək ki, millimiz Qurban Qurbanovun rəhbərliyi altında ikinci oyununa çıxıb. Debüt matçda Moldova yığması ilə Antalyada qarşılaşan millimiz meydandan qolsuz heç-heçə ilə ayrılıb.

***
20:54
Belarus komandası hesabı açıb. 1:0

***
21:59

Oyun bitdi. Azərbaycan Belarusa 0:1 hesabı ilə uduzdu.

Qeyd edək ki, bu, Qurban Qurbanovunmillimizin baş məşqçisi kimi ilk məğlubiyyətidir.