Lənkəranda yol qəzası olub.

Unikal.org
apa-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, bir nəfər ölüb. Hadisə rayonun Balıqçılar qəsəbəsində qeydə alınıb.

Hadisə nəticəsində Balıqçılar qəsəbə sakini, 1972-ci il təvəllüdlü, İlqar Sultan oğlu Abdullayev dünyasın dəyişb.

İ. Abdullayevin meyti müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. Qəzada yaralananların da olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***
Lənkəran rayonunun Nərimanabad qəsəbəsində iki qardaş yol qəzasına düşüb.

"Report"un Cənub bürosu xəbər verir ki, "Mercedes" markalı maşının aşması nəticəsində qardaşlardan biri - 1972-ci il təvəllüdlü Abdullayev İlqar Sultan oğlu ölüb, 1965-ci il təvəllüdlü Abdullayev Elnur Sultan oğlu isə yaralanıb.

Onların hər ikisi rayonun Balıqçılar kəndinin sakinləridirlər.

Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki, məlum deyil.