Dünyanın ən güclü klublarının reytinq siyahısı açıqlanıb. 

 Unikal.org Apasport-a aistinadən bildirir ki, "clubworldrankingin tərtib etdiyi cədvəldə Azərbaycanın 4 komandası yer alıb.

 
Klublarımız arasında ən yaxşı nəticə yenə "Qarabağdadı. Azərbaycan Premyer Liqasının liderinin hesabında 1169 xal var. Ağdam təmsilçisi planetin 532-ci komandasıdı. "Qarabağ son siyahı ilə müqayisədə 5 pillə irəliləyib.

 
368 xala malik "Keşlə 755-ci yerdə qərarlaşıb. Paytaxt təmsilçisi 4 rəqibini qabaqlayıb. "Qəbələ 255 xalla 796-cı yerdədi. Onlar 10 pillə irəliləyiblər. "Zirənin isə 217 xalı var və planetin 817-cisidi. Bu komanda da digər 3 klubumuz kimi mövqeyini yaxşılaşdırıb. Zirəlilər 9 pillə qabağa gediblər.

 
Qeyd edək ki, cədvəlin ilk "üçlüyünü yenə ispanlar "zəbt ediblər. İspaniya "Realı 18062 xalla 1-ci, "Barselona 16198 xalla 2-ci yerdə qaldığı halda, "Atletiko 3-cü pilləni ələ keçirib. Aktivində 14392 xalı olan madridlilər Braziliya "Qremiosunu qabaqlayıblar.