Xalq artisti Arif Quliyevin xanımı Gülzar Quliyevanın səhhəti ağırlaşıb. 

Unikal.org xəbər verir ki, bu haqda xəbəri aktyorun oğlu Rövşən Quliyev də milli.az-a təsdiqləyib.

"Son 1 həftədir ki, anamın səhhəti ağırlaşıb. Günü gündən ağrıları daha da şiddətlənir. Anama təcili müalicə lazımdır, amma buna imkanımız yoxdur", - deyə aktyorun oğlu bildirib.

Qeyd edək ki, aktyorun xanımı qaraciyər sirrozundan əziyyət çəkir.