Futzal üzrə Yüksək Liqada XXI turdan təxirə salınmış bir oyun keçirilib.

Unikal.org xəbər verir ki, lider "Araz" turnir cədvəlinin əks qütbündə qərarlaşmış "Xəmsə" ilə üz-üzə gəlib.

Fasiləyə qədər rəqib torunu 6 dəfə silkələyən lider ikinci hissədə daha məhsuldar oyun nümayiş etdirib və yekunda 15 top fərqi ilə qələbə qazanıb.

Bu oyunda 6 qol vuran Bolinya bombardirlər yarışında liderliyini bir qədər də möhkəmlədib.