Pakistanın Rohri şəhərində bədbəxt hadisə baş verib.

Unikal.org-un məlumatına görə, bu barədə Pakistan TV xəbər verib.

Kənd təsərrüfatı məhsulları bazarında anbarın damı çöküb. İnsident nəticəsində azı 10 nəfər ölüb, 80 nəfər xəsarət alıb.

Hadisə yerində xilasedici əməliyyat davam edir. İlkin versiyaya görə, insidentə dama həddən artıq ağır kisələrin yığılması səbəb olub.