NTV telekanalında yayımlanan "Sən supersən! beynəlxalq televiziya mahnı layihəsi davam edir.

Unikal.org xəbər verir ki, şounun budəfəki qonağı Zaqataladan olan yeniyetmə Namiq Cəbrayılov olub.

O, layihənin seçmə turunda Azərbaycanın əfsanəvi müğənnisi Müslüm Maqomayevin "Gözəllik kraliçası mahnısını oxuyub.

Namiqin çıxışı münsiflər heyətinin hamısının xoşuna gəlib. Münsiflər heyəti yekdilliklə ona səs verərək, Namiqi "Sən supersən! şousunun növbəti turuna keçirib.