Türkiyənin Kanal D televiziyasının məşhur "Çoçuklar Duymasın serialının aktrisas; Könülün ölməsi tamaşaçıları sarsıdıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, türk televiziyası tarixində uzun illərdir izlənilən "Çoçuklar Duymasın serialının 35-ci seriyasında tamaşaçıları məyus edəcək hadisə yaşanacaq. Populyar serialın 35 seriyasının anonsunda Zeyno Günençin canlandırdığı Könül adlı qəhrəmanın ölümü hər kəsi məyus edib. İş yoldaşının Haluka "Könül xanımı itirdik deyərək acı xəbəri verib.