Şirvanda özünü Kür çayına atan qadın xilas edilib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, xilas edilən qadın və onu sudan çıxaran şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar, onlara tibbi yardım göstərilib. Hər iki şəxs reanimasiya şöbəsinə yerləşdirilib.

09:32

Şirvanda qadın intihar məqsədilə özünü Kür çayına atıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu gün saat 08.30 radələrində Şirvan şəhərində Kür çayının üzərindən keçən körpüdən bir nəfər qadın özünü çaya atıb. Yaxınlıqda olan şəxslər onu xilas etməyə çalışırlar. Hazırda xilasetmə tədbirləri davam edir.