Rusiyalı keçmiş polkovnik Sergey Skripalın qızı Yuliya Skripal uzun müddətli komadan ayıldıqdan sonra ilk dəfə baş verənlərlə bağlı açıqlama yayıb.

Unikal.org xəbər verir ki, Y.Skripal hadisələrlə bağlı fikrinin qarmaqarışıq olduğunu bildirib.

"Bir həftə öncə ayıldım. Məmnuniyyətlə deyə bilərəm ki, indi gücüm hər keçən gün daha da artır. Mənə göstərilən qayğıdan dolayı minnətdaram. Baş verənlərlə bağlı fikirlərim olduqca qarmaqarışıqdır. Yenidən normallaşma prosesində mənə və ailəmə hörmət edəcəyinizə əminəm, - Skripal bildirib. (axar.az)