İstanbul boğazında yük gəmisi sahilə çırpılıb.

Unikal.org-un məlumatına görə, Misirdən səfərə çıxan Malta bayrağı altında üzən "Vitaspirit" adlı yük gəmisi tarazlığı itirərək Sultan Mehmet körpüsü altında restoranların olduğu bölgədə sahilə çırpılıb.

Hadisə yerinə qayıq və xilasedicilər cəlb olunub. Son məlumata görə, uzunluğu 225 metr olan gəminin sahilə çırpılması ərazidəki tikintilərə ciddi ziyan vursa da, xəsarət alan olmayıb.

İstanbul boğazında hər iki istiqamətdə hərəkət dayandırılıb.