Almaniyanın Myunster şəhərində yük maşınını insanların üzərinə sürən şəxs intihar edib.

Unikal.org-un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə yerli polis məlumat yayıb.

Qeyd edək ki, Almaniyanın Myunster şəhərində yük maşınının insanların üzərinə sürülməsi nəticəsində 3 nəfər həlak olub, 50 nəfər isə xəsarət alıb.