Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanı terrorçuları dəstəkləməkdə ittiham edib.

Unikal.org-un məlumatına görə, Ərdoğan Fransa prezidentinin PYD nümayəndə heyəti ilə görüşünü xatırladaraq bildirib: "Siz terrorçulara dəstək verirsiz və sonra onları Yelisey Sarayında qəbul edirsiz. Almaniyada olanları görürsünüz? Bunlar Fransanıda gözləyə bilər. Qərb nə qədər çox terrorçuları dəstəkləyəcəksə, bu ölkələrdə terror fəaliyyətinin nəticələri o qədər böyük olacaq".