Bəşər Əsədin nəzarətində olan silahlı qüvvələr tərəfindən Suriyanın Şərqi Quta bölgəsindəki Duma şəhərində kimyəvi silah tətbiqi nəticəsində 80 nəfər ölüb və xeyli sayda yaralı var.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, zəhərli qazla əlaqədar ölənlərin sayının artacağı istisna edilmir.

Qeyd edək ki, Duma şəhəri Şərqi Quta bölgəsində müxalif qüvvələrin nəzarətində olan son yaşayış məntəqəsidir.