ABŞ-da yaşayan Cənubi Kipr Respublikasından olan Sofiya Hadjipanteli qaşlarına görə ölümlə hədələndiyini bildirir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Merilənd Universitetində oxuyan Sofiya qeyri-adi görünüşü ilə diqqət çəkir. Sarı saçlara və qara, qalın qaşlara sahib olan gənc qıza bir çox agentliklərdən reklam təklifi gəlir.

"Instagram" fenomeni olan Hadjipanteli qeyri-adi görünüşünə görə ölümlə hədələndiyini bildirir. Qaşlarına olan münasibətdən danışan Sofiya "insanlar bu qaşlarla çirkin göründüyümü deyir, hətta buna görə ölümlə təhdid edənlər də olur" deyir.

Gənc model haqqında deyilən mənfi fikirlərə əhəmiyyət vermədiyini vurğulayır.