Azərbaycanda narkomanlar arasında qadınların çoxu inyeksiyon narkotik istifadəçiləridir. Bu məlumatı 

Unikal.org xəbər verir ki, Movqe.az-a açıqlamasında Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin müdir müavini Leyla Yolçiyeva söyləyib.

L. Yolçiyeva bildirib ki, Azərbaycanda Səhiyyə Nazirliyi tərəfindən Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin göndərdiyi müraciət əsasında verilən məlumalara əsasən 2017-ci ilin ölkədə yeni qeydiyyata alınmış narkomanların sayı 2115 nəfər təşkil edib. Beləliklə narkotik maddə istifadəçilərinin ümumi sayı 30131 nəfərə çatmışdır: "Onlardan 25139-u dispanser, 4992-si profilaktik, 1031-i anonim qeydiyyatda olanlardır. İstifadəçilərin yaş həddinə nəzər salsaq 5 nəfər 18 yaşına qədər şəxslərdir. Qadınların sayı isə 595 nəfər təşkil edir. Qadınlardan 470 nəfəri inyeksion narkotik istifadəçiləridir. Ümumilikdə inyeksiyon narkotik istifadəçilərinin sayı 21038 nəfər təşkil edir.

2013-cü ildə ölkədəki bütün narkotik istifadəçilərinin 539-u, 2014-cü ildə 554-ü, 2015-cı ildə 592-si, 2016-cı ildə isə 612-si qadın olub.

2016-cı ildə isə yeni qeydiyyata alınan 2142 narkomanın 29-u qadın olub. 2015-ci ildə yeni qeydiyyata görürülən narkomanların sayı 2017 nəfər təşkil edib.