Bakıda bankomatdan külli miqdarda pul oğurlanıb.

Unikal.org xəbər verir ki, bu barədə Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsindən APA-ya verilən məlumata görə, "Kapitalbankın rayon ərazisində yerləşən bankomatından 174 min manat pul oğurlanıb.

Baş vermiş hadisə ilə bağlı dərhal əməliyyat qrupu yaradılıb.

Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Qeyd edək ki, ilk olaraq jurnalist Jalə Mütəllimova ötən gün bu barədə facebook sosial şəbəkəsində məlumat paylaşıb.