Bakının Ziya Bünyadov prospektinin Nərimanov rayonu ərazisinə düşən hissəsində benzin daşıyan maşında yanğın olub.

Unikal.org "Report"a istinadən bildirir ki, yanğın "MAN" markalı maşının əyləc sistemində başlayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğın Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Yanğının genişlənməsinin qarşısı alınıb.